Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin bu ilin sonunda 5G-nin tətbiqinə başlayacaq

2018-ci ilin sonunda Çində 5G rabitə texnologiyasının tətbiqinə başlanılması planlaşdırılır. 

 
İKT.lent.az-ın “China Daily” nəşrinə istinadən məlumatına görə, 2019-cu ildə isə onun tam fəaliyyəti təmin ediləcək. 

 
Nəşrin məlumatına əsasən, “China Mobile”, “China Unicom” və “China Telecom” mobil rabitə operatorları 5G şəbəkəsini kommersiya istifadəsinə verəcək, eyni zamanda baza stansiyalarını və terminallarını yeniləyəcəklər. 

 
2019 və 2020-ci illərdə aşağı və orta tezlikli diapazonlu şəbəkə işə salınmalıdır. 2022-ci ildə isə yuxarı tezlikli xətlərin sınaqlarına başlanacaq. 

 
Xatırladaq ki, 2018-ci ilin fevralında Çinin “Huawei” korporasiyası dünyada ilk dəfə olaraq 5G CPE kommersiya terminalını təqdim edib. Bu, 5G standartını dəstəkləyən ilk terminal olub. Apreldə isə ZTE şirkəti beşinci nəsil şəbəkədə ilk zəngin həyata keçirildiyini bildirib. 

 
Qeyd edək ki, bir çox ölkələrdə 5G standartı ilə cihazların və baza stansiyalarının tərtibatı və sınaqları aparılır. Güman edilir ki, beşinci nəsil rabitənin tətbiqi məlumatların ötürülmə sürətini saniyədə 1 GB-a qədər artırmağa imkan verəcək. Bu isə hazırla mövcud olan məlumat ötürmə standartlarından 20-50 dəfə çoxdur. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018