Bu gün “Apple” şirkəti yeni rənglərdə olan flaqmanlarını təqdim edəcək.
İKT.lent.az-ın “MacRumors” nəşrinə istinadən məlumatına görə, bunlar qırmızı rəngli “iPhone 8” və “8 Plus” smartfonlarıdır.
Nəşr xəbər verir ki, yeni rəngli cihazların olacağını ABŞ-ın “Virgin Mobile” mobil operatoru xəbər verib.
Bu cihazlar (PRODUCT) RED kimi markalanacaq. Qırmızı “iPhone” smartfonlarının satışından əldə olunacaq gəlirlərin bir qismi xeyriyyə məqsədlərinə xərclənəcək.