Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mask vakuum qatarı üçün tunelin ilk sınağına hazırlaşır

“SpaceX” və “Tesla” rəhbəri Elon Mask yaxın vaxtlarda “Hyperloop” yüksəl sürətli nəqliyyat sistemi üçün nəzərdə tutulmuş tuneli sınaqdan keçirəcəklərini açıqlayıb.

  

İKT.lent.az-ın xəbərinə görə, E. Mask bunu “Twitter”də yazıb. O bildirib ki, sınaq zamanı vakuum tunelinin daxilində hərəkət edəcək kapsulun sürəti saatda 500 km və ya səs sürətinin yarısına çatmalıdır. Tormozlama yolu 1,2 km təşkil edəcək. E. Mask tunelin məsafəsinin böyük olmadığını, bu səbəblə kapsulun dağıla biləcəyini söyləyərək əlavə edib ki, istənilən halda sınağı izləmək əyləncəli olacaq.   

 

Qeyd edək ki, “Hyperloop” E. Mask tərəfindən 2013-cü ildə hazırlanmış nəqliyyat sistemi ideyasıdır. Layihə içərisində vakuum qatarı – aerodinamik yastıq üzərinə yerləşdirilmiş germetik kapsulun olacağı polad borulardan ibarətdir. Qatarın sürəti saatda 1220 km-ə çatmalıdır.  

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018