Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada internetə smartfonla daxil olanların sayı açıqlandı

Əksər rusiyalılar internetə çıxış üçün smartfondan istifadə etməyə üstünlük verir. 

İKT.lent.az-ın “İzvestiya” nəşrinə istinadən məlumatına görə, bu barədə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov bildirib. 

O, mobil internet istifadəçilərinin sayının artdığını qeyd edib və bu əlaməti texniki inqilab adlandırıb. Nikiforov xatırladıb ki, 2012-ci ildə rusiyalıların yalnız 12 faizi şəbəkəyə smartfon vasitəsilə daxil olurdu. 2018-ci ildə bu göstərici 70 faiz təşkil edir. Bu müddət ərzində mobil trafikin həcmi 90 faiz artıb. 

Nazirin sözlərinə görə, Rusiyada mobil trafikin qiyməti dünyada ən ucuzlardan biridir. Bu, ABŞ-dakı qiymətlərdən 10 dəfə, Almaniyadakı qiymətlərlə müqayisədə iki dəfə, Cənubi Afrika Respublikasındakı qiymətlərdən isə iki dəfə ucuzdur. 

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018