Bu bölmə Bakcell tərəfindən təqdim olunur

HTC üçün son 16 ilin ən pis göstəricisi

Bu ilin mart ayında HTC şirkətinin dövriyyəsi 95 milyon dollar təşkil edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 46,7 faiz az, daha əvvəlki ayda qeydə alınan rəqəmlə müqayisədə 6,1 faiz çoxdur.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bununla belə, şirkətin bu ilin birinci rübündə gəlirləri 300 milyon dollara yaxın təşkil edib. Bu, daha əvvəlki rüblə müqayisədə 44,1 faiz azalma, 2017-ci ilin analoji dövrü ilə müqayisədə isə 39,5 faiz azalma deməkdir. Bu, şirkət üçün son 16 il ərzində ən pis göstərici olub. 

HTC şirkətinin tarixində ən uğurlu dövr 2011-ci ilin üçüncü rübü olub - bu zaman şirkət 4,6 milyard dollar qazanıb. 

Mütəxəssislər bunu yeni flaqmanların olmamasında HTC-nin satışlarının azalması ilə bağlayırlar. Həmçinin bunu şirkətin prioritetlərinin dəyişməsi ilə izah edirlər ki, bu da hələ də gənc olan virtual reallıq bazarında aktiv güc tələb edir. 

İkinci rübdə bazara HTC U12+ smartfonu çıxarılacaq ki, bununla da şirkətin dövriyyəsi 340 milyon dollara qədər artmalıdır.

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018