Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Facebook" Kadırovun səhifələrini bağlamasının səbəbini açıqladı

"Facebook" şirkəti Çeçenistan rəhbəri Ramzan Kadırovun akkauntlarının bağlanması ilə bağlı Rusiyanın sorğusuna cavab verib.

 

İKT.lent.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Roskomnadzorun rəhbəri Aleksandr Jarov bildirib.

 

Onun sözlərinə görə, "Facebook" bu addımı Kadırovun adının ABŞ-ın sanksiya tətbiq olunacaq şəxslər siyahısına düşməsi ilə əsaslandırıb.

 

"Sanksiya siyahısına düşənlərdən niyə məhz Kadırovun səhifələri bloklanıb sualımıza isə cavab ala bilməmişik", - deyə A. Jarov qeyd edib.

 

Qeyd edək ki, R. Kadırovun həm "Facebook", həm də "Instagram"dakı səhifələri bloklanıb. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018