Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone” 2019-cu ildə üç kameralı olacaq

2019-cu ilin “iPhone” modeli üç sensorlu kameraya malik olacaq. 

İKT.lent.az-ın “MacRumors” nəşrinə istinadən məlumatına görə, bu barədə “Economic Daily News”un araşdırma hesabatında deyilir. 

Tayvan resursunun məlumatına əsasən, belə kamera beşqat yaxınlaşdırmaya malik olacaq. Bu zumun (yaxınlaşdırmanın) məhz rəqəmsal, optik və ya hibrid olduğu dəqiq qeyd edilmir.

 

Xatırladaq ki, iki kameralı “iPhone X” və “iPhone 8 Plus” smartfonları optik və onqat rəqəmsal zuma malikdir. 

Qeyd edək ki, üç kameralı ilk smartfon “Huawei P20 Pro” flaqmanı olub. Cihazın əsas kamerasının genişlənməsi 40 meqapiksel, monoxromun həcmi 20 meqapiksel, teleobyektivi isə 8 meqapiksel təşkil edir.  

LENT

14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018
10 İyul 2018