Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Qəbiristanlıqda ölüm simulyatoru yaradıldı

Pekindəki Babaoşan məzarlığında ölüm simulyatoru işə salınıb.

İKT.lent.az-ın CGTN nəşrinə istinadən məlumatına görə, virtual reallıq texnologiyasının köməyi ilə istənilən arzu edən şəxs ölünün yerində ola və qəbir dünyasına səyahət edə bilər.

Virtual reallıq eynəyi taxan məzarlıq ziyarətçisi parlaq işıqlar görəcək və cənnətin qapısı qarşısında olacaq. Onlar isə buludlarla əhatə olunmuş Çin məbədlərinə oxşayırlar.  
 
Layihə müəllifləri bildirirlər ki, istifadəçinin ürək döyüntüsü zəifləyəcək və bütün həyatı gözləri qarşısından keçəcək: “Qəbir dünyasına səyahət başa çatdıqdan sonra isə biz dünyaya tamamilə başqa insan kimi çıxacağıq”.
 
Belə bir qeyri-adi attraksionun köməyi ilə adam öz dəfn mərasiminə də baxa bilər. 
 
Çində artıq QR-şifrəli məzarlar mövcuddur. Ölkə sakinlərindən biri isə artıq özü üçün vida mərasimi də təşkil edib. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018