Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ruslar ən çox hansı smartfonları alır? - TOP-5

Rusiyalılar “Apple” şirkətinin smartfonlarına üstünlük verirlər. 

İKT.lent.az-ın məlumatına görə, bu barədə Lenta.ru saytı “Yula” pulsuz elanlar xidmətinin məlumatlarına əsasən xəbər verib. 

Statistikaya əsasən, bu ilin yanvar-mart aylarında smartfon satışları 3 faiz artıb. Populyar smartfonların ilk beşliyinə “Samsung”, “Xiaomi”, “Sony” və “Nokia” kimi şirkətlər daxil olub.

Rusiyalılar daha çox orta qiyməti 199 manat olan “iPhone 5s” əldə ediblər. Daha az alınan qiyməti 350 manat olan “iPhone 6” və qiyməti 147 manat olan “iPhone 5” smartfonları alınır. 

2018-ci ilin 4 ayı ərzində mobil telefonların qiymətləri təxminən 4 faiz aşağı düşüb. Daha bahalı marka dəyəri 1279 manat olan “iPhone X” olub. Ən ucuz smartfon isə qiyməti cəmi 19 manat olan “Nokia 105” modeli olub.

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018