Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” televizor üçün yeni cihaz yaratdı

ABŞ-ın FCC sınaq verb-saytında Amerikanın “Google” şirkətinin yeni cihazı müəyyən edilib. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, çox güman ki, bu cihaz “Chromecast” yeni nəsil televiziya avadanlığıdır. 

Cihazı HDML vasitəsilə ekrana qoşmaq mümkündür. Onun fəaliyyəti isə “Android TV” sayəsində idarə etmək mümkün olacaq. Cihaza əlavə olaraq idarəetmə pultu da veriləcək. 

Çinin “Shenzhen SEI Robotics Co. Ltd.” Şirkəti tərəfindən istehsal edilmiş cihaz FCC saytında SN5B6AD nömrəsi altında verilib və analoq televiziyası üçün 4K cihaz kimi qeyd edilib. 

Aqreqatın korpusunda G emblema var və o, “Google” səsli köməkçisi tərəfindən dəstəklənir. Cihaz dördnüvəli “Amlogic S905X” çipi ilə çalışır. Onun əməliyyat yaddaşının həcmi 2 Gb, daxili yaddaşı isə 8 Gb təşkil edir. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018