Bu bölmə Bakcell tərəfindən təqdim olunur

3D-printerdə beşotaqlı ev çap edildi

Fransada 3D-printerin köməyi ilə beşotaqlı ev çap edilib. İKT.lent.az-ın Digi24.ro portalına istinadən xəbərinə görə, bütün prosedur 16 gün çəkib.

 

Mütəxəssislər binanın divarları üçün xüsusi materialdan istifadə ediblər. “Bizim əsas qərarımız ondadır ki, biz bu evi bünövrəsi və döşəməsi öncədən qurulmuş yerdə inşa edirik. Sonradan isə divarları çap etmək üçün printer gətirilir. Biz eyni zamanda binaya mexaniki möhkəmlik verəcək struktur komponenti yaradırıq”, - deyə Nant Universitetinin professoru, layihəni reallaşdıran mütəxəssis Benua Füret bildirib.  

Çap edilən ev ekoloqların tələblərinə tam cavab verir. Bu tikinti tullantısız olub. Dizaynerlər evin daxilində havanın keyfiyyətini, rütubəti və hərarəti müəyyən edən ötürücülər quraşdırmağı planlaşdırırlar. Bu səbəbdən gələcək sakinlər bu göstəriciləri izləyə və enerjiyə qənaət edə biləcəklər. 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018