Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” uşaqlar üçün oyun xalçası hazırladı

“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən “Project Zanzibar” texnologiyası hazırlanıb.

 

İKT.lent.az-ın Techcult.ru saytına istinadən xəbərinə görə, yeni texnologiya fiziki obyektləri identifikasiya etməyə və izləməyə imkan verən kiçik elastik xalçadan ibarətdir.

 

“Zanzibar” uşaqlara öz oyuncaqlarını fiziki reallıqdan rəqəmsal dünyaya “daşımağa” və onların səsli, vizual və digər xüsusi effektlər sayəsində necə canlandığını görməyə imkan verir.

 

Xalça fərdi kompüterə və ya planşetə qoşulduqdan sonra qurğu tərəfindən qəbul edilən obyektin təsviri ekranda görünür. Xalça üzərində bir neçə obyekt olduqda “Zanzibar” hər bir predmetin yerdəyişməsini izləyir və onları dəqiqliklə müəyyən edir.

 

Layihənin təqdimatı aprelin sonunda Kanadanın Monreal şəhərində keçiriləcək “Hesablama sistemlərində insan amili” konfransında (ACM CHI-2018) təqdim olunacaq.

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018