Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Xiaomi" "GoPro"-nu ala bilər

Çinin "Xiaomi" şirkəti action-kameraların istehsalı ilə məşğul olan "GoPro"-nu ala bilər. 

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, buna səbəb "GoPro"-nun son illərdə 10 mlrd. dollardan 768 mln. dollara qədər ucuzlaşmasıdır.

 

Qeyd edək ki, "GoPro" şirkəti 2002-ci ildə Nik Vudman tərəfindən yaradılıb. O, ötən il şirkəti satmağa hazır olduğunu bildirib.

 

"Xiaomi" şirkəti isə action-kameralar bazarında yeni deyil. Daha əvvəllər o, Çinin "YI Technology" adlı startapı ilə birlikdə kameralar istehsal edirdi.

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018