Bu bölmə Bakcell tərəfindən təqdim olunur

APA TV-nin "YouTube"daki abunəçilərinin sayı 150 mini ötdü

“APA Holding"ə daxil olan APA TV-nin "YouTube" sosial şəbəkəsindəki kanalının abunəçilərinin sayı 150 min nəfəri ötüb. 

 

İKT.lent.az-ın məlumatına görə, aprel ayının göstəricilərinə əsasən Azərbaycandan olan kanallar arasında APA TV-nin “YouTube” kanalı 4-cü yerdədir.

 

Hazırda kanalı 150.000-dən çox abunəçi izləyir. Ümumilikdə yüklənən 31.500-dən çox videonun 160 milyondan çox baxış sayı var. Kanalda yer alan videoların mövzudan asılı olaraq minimal baxış sayı 2000, maksimal sayı isə 2,3 milyondur.

 

Qeyd edək ki, APA TV-nin “YouTube kanalı" 100 min abunəçi sayını keçdikdən sonra bu sosial şəbəkə tərəfindən "YouTube button" emblemini alıb.

 

Xatırladaq ki, APA TV 31 oktyabr 2012-ci ildə qeydiyyatdan keçib. “APA Servis” MMC-nin tərkibində fəaliyyət göstərən televiziya baş direktor və Yaradıcılıq Şurası tərəfindən idarə olunur. APA TV-də ictimai-siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verilişlər təqdim olunur.

LENT

18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018