Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Lenovo” 2 yeni noutbuk satışa çıxardı

“Lenovo” şirkəti yeni noutbuk modellərini satışa çıxarıb.

 

İKT.lent.az-ın xəbərinə görə, “Lenovo Air 2018” və “Lenovo 7000” modelləri şirkətin Çin bölməsi tərəfindən buraxılır və cihazları hazırda yalnız “JD.com” saytı vasitəsilə əldə etmək olar.

 

“Lenovo Air 2018” metal korpusa malik olsa da, çəkisi cəmi 1,95 kiloqramdır. Ekran 15,6 ölçüdədir, “Intel Core i7” və “Core i5” prosessorları və “NVIDIA GeForce MX150” qrafik prosessoru ilə təchiz olunub. Noutbuk 8 Gb operativ yaddaşa sahibdir, disk 256 Gb-dir. Barmaq izi skaneri də var.

 

Cihazın “Core i5” versiyasının Çin bazarında qiyməti 925 dollar, “i7” versiyası isə 1115 dollardır.

 

“Lenovo 7000” noutbuku da metal korpusa malikdir, lakin üç tərəfdən çərçivəsizdir. Displey 14 düym, sərt disk 2 terabaytdır, “AMD Radeon 535” videokartı var. Bu cihaz da “Core i7” və “Core i5” versiyalarına sahibdir və 8 Gb operativ yaddaşa sahibdir.

 

“Lenovo 7000” notubuku “Lenovo Air 2018”dən çox az ucuzdur.

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018