Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Utanırıq, amma Elon Maskın nailiyyətlərindən istifadə edəcəyik” - ROQOZİN

“Rusiya raket-kosmik sahədə Kanada-ABŞ ixtiraçısı Elon Maskın bəzi texniki işlərini götürüb istifadə etməyi planlaşdırır”.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin RBK-ya müsahibəsində deyib.

 

“Mən hesab edirəm ki, Elon Maska çox ciddi yanaşmaq və onu çox ciddi qəbul etmək lazımdır. Onun bəzi texniki həllərini mən bizim mütəxəssislərlə bir yerdə təhlil etmişəm və deyə bilərəm ki, biz utanırıq. Amma bəzi şeylərdən istifadə edəcəyik”, - deyə D. Roqozin etiraf edib.

 

O, E. Maskı istedadlı mühəndis və parlaq “piarçı” adlandırıb: ”Hərdən onun parlaq piarı yaxşı mühəndis kimi nüfuzunu üstələyir, çünki bəzən gopa basır”.

 

Qeyd edək ki, E. Mask kosmik sahədə fəaliyyət  göstərən “SpaceX” şirkətinin yaradıcısı, baş direktoru və baş mühəndisidir. O, bu sahədə əldə etdiyi nailiyyətlərlə Rusiyanı, eləcə də digər dünya dövlətlərini geridə qoyub.   

LENT

14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018
10 İyul 2018