Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"WhatsApp"da göndərdiyi barmağının FOTOSU cinayətkarı ələ verdi

Cənubi Uels polisi axtarışda olan narkodileri "WhatsApp" sosial şəbəkəsində alıcıya göndərdiyi şəkil vasitəsilə müəyyənləşdirərək həbs edib.

 

İKT.lent.az-ın BBC-yə istinadən xəbərinə görə, həmin foto Bricend dairəsində saxlanılan şəxsin smartfonunda aşkarlanıb.

 

Fotoda narkotiki ovcunda saxlayan narkodilerin barmağının yalnız bir hissəsi görünüb. Ekspertlər müəyyənləşdiriblər ki, bu barmağın sahibi əvvəllər həbs etdikləri şəxsə məxsusdur. Bununla da axtarışda olan narkotik alverçisi ifşa olunaarq saxlanılıb və ona qarşı 11 ittiham irəli sürülüb.

 

Qeyd edək ki, fitnes braslet, smart-səsgücləndirici və digər "ağıllı" cihazlar artıq polisin araşdırmalarında "lal şahid" kimi mühüm rol oynayır.

LENT

14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018
10 İyul 2018