Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya “Apple” və Google”dan tələb etdi: "Telegram" silinsin!

Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə dövlət orqanı - “Roskomnadzor” “Apple” və “Google”a məktub göndərərək “App Store” və “Google Play” virtual mağazalarından Telegram” messencerinin silinməsini tələb edib.

 

İKT.lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hələlik həmin mağazalardan “Telegram”ı yükləmək mümkündür. “Apple” və “Google” hələ ki məsələyə münasibət bildirməyiblər.

 

Xatırladaq ki, aprelin 13-də Moskva şəhər Taqansk rayon Məhkəməsi “Roskomnadzor”un iddiası əsasında “Telegram”ın ölkə ərazisində bloklanması haqqında qərar qəbul edib. Məhkəmə belə qənaətə gəlib ki, messencer vasitəsilə ötürülən informasiyalar dövlətin və əhalinin təhlükəsizliyinə təhdid yarada bilər. Məhkəmə qərarı o vaxt ləğv oluna bilər ki, “Telegram” bu məsələdə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlığa getsin və istifadəçi məlumatlarının deşifrə olunması üçün müvafiq “açar”ları kəşfiyyata təqdim etsin.

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018