Bu bölmə Bakcell tərəfindən təqdim olunur

DİQQƏT! Xaricdən gələn zənglər təhlükəlidir! -

ARB TV-nin “Günə doğru” verilişində xaricdən gələn zənglər barədə süjet yayımlanıb.

 

İKT.lent.az-ın xəbərinə görə, süjetdə bildirilib ki, son günlər telefonuna tanımadığı xarici nömrədən zənglərin gəldiyini dəyən şəxslər var. Hətta hanısısa yükləmə və ya yeniləmə üçün bank hesablarından istifadə də təklif edilir. Bura “Whatsapp” və “Facebook” messencerdən gələn təkliflər də daxildir.

 

İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu deyir ki, buna maraq göstərən və inanan insanlara ya borc yazılır, ya da bank hesabından pul silinir. Ekspertlərin fikrincə, bu cür mesaj və zənglər dələduzluğun bir növüdür: “Bununla məşğul olan cinayətkarlar, qurbanı öz ölkələrindən yox, daha uzaq ölkələrdən seçirlər ki, məsuliyyətə cəlb olunmasında çətinlik olsun”.

 

Xüsusi proqram təminatı ilə bahalı tarif planı əsasında edilən zənglər, birbaşa istənilən ölkənin beynəlxalq kodu ilə həyata keçirilir və həmin nömrələrin heç bir qeydiyyatı belə olmur: “Həmin şəxslər xüsusi İP dəyişdirici vasitələrlə yerlərini gizlədərək, özlərini başqa ölkədə imiş kimi göstərərək hiyləyə əl atırlar. Ən çox Çin və Rusiyadan olur”.

 

Hüquqi cəhətdən bunun qarşısını almaq bir az çətin olsa da, mümkünsüz də deyil. Vəkil Tahir Əlirzayev burada əsas məqsəd törədilən cinayətin hansı ölkədən qaynaqlandığını tapmaqdır. Sonrası ilə cinayət məcəlləsi ilə tənzimlənir. Amma burada başqa nüanslar da var. Dəymiş zərər xüsusi həddə uyğun olmalıdır və zərərçəkənlərin şikayəti zəruridir. Yalnız bundan sonra qanun çərçivəsində hərəkət etmək mümkündür: “Həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət oluna bilər, həmin ölkədə o əməl cinayət hesab olunursa, tədbir görüləcək”.

 

Amma ən yaxşısı tanımadığımız və ya bizdə şübhə yaradacaq zənglərə mesaj formasında göndərilən linklərə daxil olmamaqdır. Kor-koranə hərəkət etməkdənsə, yaxşı olar ki, texnologiyadan bildiyimiz qədər yararlanaq.

 

 

LENT

19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018