Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Durov proksi və VPN xidmətlərinə milyonlar vəd etdi

“Telegram”ın yaradıcısı Pavel Durov messencerin bloklanmasını aşmaq üçün proksi və VPN xidmətlərinin dəstəklənməsinə milyonlarla dollar ayırmağa hazır olduğunu bəyan edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə o, “VKontakte” sosial şəbəkəsində yazıb.

 

“Rəqəmli müqavimət çərçivəsində - rəqəmli azadlıqlar və tərəqqinin müdafiəsinə yönəlmiş hərəkatın dəstəklənməsi üçün mən proxy və vpn administratorlarına bitkoin-qrantlar ödəməyə başlamışam. İl ərzində mən bu məqsədlərə milyonlarla dollar şəxsi vəsaitimi sərf etməkdən şad olacağam”, - deyə o, bildirib.   

 

Bir qədər sonra P. Durov öz “Telegram” kanalında deyib ki, bloklanmaya baxmayaraq, messencer istifadəçilərinin sayında ciddi azalma olmayıb: “Rusiya bazarı “Telegram”ın istifadəçi bazasında önəmli yerə sahib olmasa da, o, bizim üçün şəxsi mülahizələr baxımından vacibdir”.  

 

Rusiyalı istifadəçilərin sayı “Telegram”da 7% təşkil edir.

 

P. Durov dəstək və sədaqətə görə rusiyalı istifadəçilərə, eləcə də siyasi senzurada iştirak etmədikləri üçün “Apple”, “Google”, “Amazon” və “Microsoft”a təşəkkür edib.

 

Qeyd edək ki, "Telegram" Rusiyada məhkəmə qərarı əsasında bloklanıb. Səbəb messencerin istifadəçi məlumatlarını əldə etmək istəyən Rusiya kəşfiyyatına mənfi cavab verməsidir.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018