Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Əli Xamenei “Telegram”dan çıxdı

İran İslam Respublikasının ali dini rəhbəri Əli Xamenei bu gündən etibarən “Telegram”dan istifadəni dayandırır.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə onun messencerdəki rəsmi kanalında bildirilib.

 

“Milli maraqların müdafiəsi və “Telegram” şəbəkəsinin inhisarçılığı ilə mübarizə məqsədilə böyük ayətullahın bu şəbəkədəki səhifəsi fəaliyyətinə son qoyur”, - deyə açıqlamada bildirilir.

 

İstifadəçilərə Ə. Xameneinin mesajlarını, çıxışlarını yerli “Soroush” və “Gap” messencerlərində izləmək tövsiyə olunub.

 

Qeyd edək ki, daha əvvəl Ə. Xamenei internetdə şəxsi həyatın gizliliyinin pozulmasının haram olduğunu bildirib.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018