Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla” fasiləsiz iş rejiminə keçir

“Tesla” şirkəti “Model 3” elektromobilinin istehsalı üçün fasiləsiz iş rejiminə keçir.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu şirkətin baş direktoru Elon Mask işçilərə müraciətində deyib. O bildirib ki, yalnız bu halda avtomobilin istehsalı üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirmək olar.

 

E. Mask məktubuna həftədə 2250 ədəd “Model 3” istehsalına nail olmaları ilə əlaqədar əməkdaşlara təbriklə başlayıb: “Biz artıq üçüncü həftəni 2 mindən çox “Model 3” istehsalı göstəricisi ilə başa vurduq. İlk həftədə biz 2020, ikinci həftədə 2070, ötən həftə isə 2250 maşın buraxdıq”.

 

Beləliklə, “Tesla” ötən illə müqayisədə istehsalı ikiqat artıra bilib. Eyni anda şirkət 2 min “Model S/X” avtomobili də hazırlayıb.  

 

Qeyd edək ki, aprelin 17-də “Tesla” daha təkmil avadanlıq tətbiq etmək məqsədilə istehsalı dayandırıb. Fasilə 3-5 gün davam edəcək. İşin bərpasından sonra şirkət həftədə 3 min, bir ay sonra isə 4 min avtomobil buraxmalıdır. Növbəti texniki fasilə mayın sonuna planlaşdırılıb. Bu, şirkətə istehsalı iyunun axırında həftədə 6 minə çatdırmağa imkan verəcək.  

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018