Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Facebook"da siyasi fikirlərlə bağlı yeni qaydalar - ZUKERBERQ AÇIQLADI -

"Facebook" Avropada yeni qaydalar tətbiq etməyə başlayır.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Avropa parlamenti ilə görüşlərdən sonra şirkət bu barədə qərar qəbul edib.

 

Tətbiq olunacaq yeni qaydalara əsasən, istifadəçilər paylaşdıqları məlumatların başqa bir şəxs tərəfindən paylaşılmasına qadağa qoya biləcək. Həmçinin istifadəçilərin öz siyasi, dini və şəxsi münasibətləri barədə məlumatları üçün ayrı-ayrı bölmələr yaradılacaq və bu bölmələr üzrə paylaşımların başqaları tərəfindən istifadəsi mümkün olmayacaq.  


Gələcəkdə bu cür paylaşımlar etdikcə isə istifadəçilərə fikirlərinin ziddiyyətli olub olmadığı və paylaşım edib etməyə biləcəkləri barədə bildirişlər gələcək.


Həmçinin gələcəkdə "Facebook"da üz tanıma texnologiyasının tətbiqi də gözlənilir.


Mark Zukerberq açıqlamasında  bu qaydaların müəyyən dəyişikliklərlə bütün dünyada tətbiq olunacağını da qeyd edib.

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018