Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

Ukraynanın Jitomir vilayəti ərazisində 13 yaşlı yeniyetməni elektrik cərəyanı vurub.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə TCN telekanalı məlumat yayıb.

 

13 yaşlı məktəbli meyl etdiyi qıza özünü göstərmək üçün yüksək gərginlikli elektrik dirəyinə dırmaşaraq selfi çəkməyə çalışıb. Lakin elektrik cərəyanının vurması nəticəsində o, 10 metrlik hündürlükdən yerə dəyib. Hadisə onun sinif yoldaşlarının gözləri önündə baş verib.

 

Oğlanın bədəninin yarısı yanıb, bəzi sümükləri sınıb və gözündən zədə alıb. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışırlar. Məktəbdə müalicə üçün pul yığılır.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018