Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple Music” istifadəçilərinin sayı hər il 40 faiz artacaq - PROQNOZ

Fevral ayının əvvəlində “Apple Music” ödənişli musiqi xidməti abunəçilərinin sayı 36 milyon nəfəri üstələyib. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, apreldə proqramın istifadəçi bazası 40 milyon abunəçiyə qədər artıb.

“Macquarie Capital” şirkətinin analitiki Ben Şakret (Ben Schachter) bildirib ki, növbəti üç il ərzində “Apple Music”in ödənişli abunəçilərin  istifadəçi bazası hər il 40 faiz artacaq. B.Şakter hesab edir ki, “Apple Music” “Apple” şirkətinin ən tez böyüyən xidməti ola biləcək. 

Gözlənilir ki, cari maliyyə ilinin ikinci rübündə bütün “Apple” xidmətlərindən gələn gəlir son bir il ərzində 18 faiz artacaq və 8,3 milyard dollar təşkil edəcək. Ancaq hələlik “Apple Music” “Apple”in ən gəlirli xidmətlərindən biri hesab edilir. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018