Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda 56,5 milyon manatlıq kompüter məhsulları istehsal olunub

Bu ilin birinci rübündə Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 56,5 milyon manatlıq məhsul istehsal olunub.

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 18,3 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 37,4 faiz artıb. 

Dövr ərzində əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 5,2 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,9 dəfə artıb, məişət soyuducularının istehsalı 40,6 faiz azalıb.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018