Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Qualcomm” xərcləri 1 milyard dollar azaldacaq - İXTİSARLAR BAŞLAYIR

“Qualcomm” şirkəti investorlara illik xərclərin 1 milyard dollara qədər azaldılması ilə bağlı verdiyi vədin yerinə yetirilməsinə başlayıb.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, planın bəndlərindən biri də iş yerlərinin ixtisarı ilə bağlıdır. 

“Qualcomm” ştat və müvəqqəti iş yerlərinin ixtisarını keçirir”, - deyə adının anonim qalmasını istəyən şirkət nümayəndəsi bildirib. Bundan başqa, o, ixtisar olunacaq iş yerlərinin dəqiq sayını demək istəməyib. 

İlkin olaraq şirkətdə ixtisarlara yol vermədən xərcləri azaltmağı planlaşdırırdılar. Ancaq sonradan belə bir qərar qəbul edildi ki, iş yerlərinin ixtisarı “uzunmüddətli artım və uğurun dəstəklənməsi üçün” lazımlıdır. İxtisar olunan əməkdaşlar təzminat alaacqlar. 

Ötən ilin sentyabrın 24-nə olan vəziyyətə əsasən, müvəqqəti və tam iş günü işləməyənlər istisna olmaqla, şirkətdə təxminən 33 800 əməkdaş çalışıb.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018