Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

“SpaceX” şirkəti Günəş sistemindən kənarda planet axtarmaq üçün TESS kosmik teleskopunu fəzaya buraxıb.

 

İKT.lent.az-ın xəbərinə görə, teleskop “Falcon 9” daşıyıcı raketi ilə orbitə çıxarılıb. Startdan 8,5 dəqiqə sonra raketin ilk pilləsi uğurla geri dönüb və Atlantik okeanındakı üzən platformaya enib. Startdan 50 dəqiqə sonra isə TESS teleskopu nəzərdə tutulan orbitə yerləşdirilib.   

 

TESS aparatı NASA və Massaçusets Texnologiya İnstitutu (MİT) mühəndisləri tərəfindən hazırlanıb və 4 teleskopdan ibarətdir. Tədqiqatçılar hesab edir ki, teleskoplar bir neçə min ekzoplanet aşkarlamağa imkan verəcək və onlardan təxminən 300-ü Yerdən iki dəfə böyük ola bilər. Alimlər daha sonra yerdəki teleskoplar, eləcə də 2020-ci ildə orbitə göndəriləcək “Ceyms Uebb” teleskopu vasitəsilə həmin ekzoplanetlərin təsdiqlənməsi ilə məşğul olacaqlar.  

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018