Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Britaniya hökuməti: Skripal olayından sonra rusiyalı botlar fəallaşıb

“Rusiya keçmiş kəşfiyyatçı Sergey Skripal və qızının Solsberi şəhərində zəhərlənməsindən sonra sosial şəbəkələrdə dezinformasiya yaymaq üçün trollar və botlardan istifadə edib”.

 

İKT.lent.az-ın “The Guardian” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya hökumətinin məlumatında bildirilir.

 

Hökumətdəki mənbələr deyiblər ki, hadisədən sonra ekspertlər “Twitter”də əksəriyyəti avtomatlaşdırılmış botlar olan Rusiya ilə əlaqəli səhifələr vasitəsilə yayılan təbliğatın 4 min faiz artmasını qeydə alıblar. Məsələn botlardan biri (@Ian56789) aprelin 7-dən sonrakı 12 gün ərzində gündə 100 “tvit” yazıb və onun auditoriyası səhifə bağlanana qədər 23 milyon nəfər təşkil edib. Bu bot #falseflag həştəqi ilə yazırmış ki, Suriyanın Duma şəhərindəki kimyəvi silah hücumu saxtadır.

 

Digər bot (@Partisangirl) isə eyni dövrdə 2300 “tvit” paylaşıb və auditoriyası 61 milyon nəfər təşkil edib.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018