Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada kağız təyyarə aksiyası - "TELEGRAM"a DƏSTƏK

Rusiyada “Telegram” messencerinin istifadəçiləri azad internet aksiyası keçiriblər.  

 

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, ötən şənbə günü messencerdən istifadəçilərə bu barədə bildiriş gəlib. “Yeddinci gündür ki, Rusiya hakimiyyəti “Telegram”ı bloklayıb. Əgər siz azad interneti dəstəkləyirsinizsə, axşam saat 7-də pəncərənizdən kağız təyyarə buraxın”, - deyə bildirişdə qeyd olunub.

 

“Telegram”ın yaradıcısı Pavel Durov isə “VKontakte”dəki səhifəsində kiçik iməcilik keçirməyə, hər kəsi öz evi önündə tapacağı kağız təyyarələri yığmağa çağırıb: “Bir həftə tarixdə qalacaq”.

 

Xatırladaq ki, “Telegram” Moskva şəhər Taqansk rayon Məhkəməsinin qərarı ilə aprelin 16-dan bloklanıb. Səbəb messencerin istifadəçi məlumatlarına çıxış əldə etmək istəyən Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) lazımi “açar”ları təqdim etməməsidir. Bundan sonra messencer “Amazon Web Services” və “Google Cloud” IP ünvanlarından fal istifadə etməyə başlayıb, bunu nəticəsində blokdan yayınmaq üçün xüsusi proqramlardan istifadə etməyə ehtiyac qalmayıb. “Roskomnadzor” isə həmin IP ünvanlarını da qadağan olunanlar reyestrinə salıb. İdarənin rəhbəri Aleksandr Jarov ümumilikdə “Amazon” və “Google”un 18 alt şəbəkəsinin bloklandığını söyləyib.

 

Lakin “SimilarWeb” analitik şirkətinin məlumatına əsasən “Telegram” istifadəçilərinin sayı artır. Belə ki, messencerin bloklandığı 16 aprel tarixində “teleram.org” saytına Rusiyadan 1,2 milyon giriş olub. Bu, bir həftə əvvəlki göstəricidən 27% çoxdur.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018