Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakcell" biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir -

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb.

 

Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.

 

“Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planı ilə fərqlənmiş və fəaliyyətə artıq hazır olan bizneslərdən birinin  açılışı olub.  “Floristika Gül Dükanı“nın açılış mərasimində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, "Bakcell" şirkətinin nümayəndələri, ictimai xadimlər və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Yeni dükanın sahibi Seymur Kazımlı dövlət uşaq müəssisəsində boya-başa çatıb və gənc vaxtlarından gül mağazasında köməkçi işləyib. Biznesmen olmaq arzusu ilə 7 il ərzində işçi kimi gül biznesi ilə məşğul olan Seymur öz gül mağazasını açmağa iddialı olub və mükəmməl biznes plan tərtib edərək layihədə qalib olub.

 

"Bakcell" şirkəti ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirir. Biz çox şadıq ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” ilə uzun illər öncə başlanılmış əməkdaşlığımız öz bəhrəsini verməyə davam edir və dəstək göstərdiyimiz gənclərin artıq biznes sahiblərinə çevrilməsini görməkdən qürur duyuruq" - deyə "Bakcell" şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

 

“Mən uzun illərdir ki biznes qurmaq və gül dükanı açmaq arzusunda idim və bu gözəl layihə sayəsində mənim xəyallarım gerçəyə çevrilib. Əminəm ki, bu təcrübə gələcək həyatima da öz töhfəsini verəcək. Mənim üstümdə əməyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatına və “Bakcell” şirkətinə sonsuz təşəkkürümü bildirirəm”, deyə Seymur Kazımlı bildirib.

 

Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri – Azərbaycan“ Assosiasiyasının himayəsində olan 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi "Bakcell" şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində “Floristika gül dükanı“ və “Çay evi”, Gəncə şəhərindən isə “Meyvə bazarı” layihələridir.

 

“Bu layihəyə dövlətin də yaxından dəstəklədiyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) özünəməşğulluq proqramının bir hissəsi kimi baxmaq lazımdır. Mən çox şadam ki, "Bakcell" şirkəti ilə başladığımız bu təşəbbüs artıq öz bəhrəsini verməyə başlayıb. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik və mən inanıram ki, gələcəkdə daha çox gənc insan bu layihədən faydalanacaq”, - deyə “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatının Milli Direktoru Rəşad Hüseynov bildirib.

Qiymətləndirmə zamanı əsas meyarlardan biri biznes planın düzgün hazırlanması, ideyanın real bazar şərtlərində özünü nə qədər doğruldacağı, bu işdə müraciət edənin təcrübəsi və biznes planı təqdim edən gəncin sosial durumu nəzərə alınıb. Qalib gələn gənclərin hər 3-ü təqdim etdikləri biznes ideya üzrə iş təcrübələri var.

 

Xatırladaq ki, "Bakcell" şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

 

 

“Google” şirkəti ən yeni texnologiyalardan istifadə etməklə tarixi abidələrin qorunması üzrə layihəyə başlayacaq. Tezliklə şəbəkədə məşhur tikililərin ilk 3D-modelləri yerləşdiriləcək.

 

İKT.lent.az-ın Belta.by saytına istinadən xəbərinə görə, şirkət “Open Heritage” layihəsini “Google Arts & Culture” proqramı əsasında “CyArk” şirkəti ilə birgə hazırlayır.

 

Mütəxəssislər üçölçülü modelləri lazer skanerlərinin köməyi ilə yaradacaq, sonra proqramın bazasına yükləyəcəklər. 3D-modellərin arxivinə mobil proqram və internet vasitəsilə daxil olmaq mümkün olacaq.

 

İstehsalçıların sözlərinə görə, müasir texnologiyalar tarixi abidələri ətraflı təsvir etməyə imkan verir. 3D-modellər, hətta rəng və tekstur kimi ən xırda detalları belə ötürə biləcək.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018