Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Avropa Komissiyası “Apple” - “Shazam” sövdələşməsini araşdıracaq

Avropa Komissiyası “Apple” korporasiyası tərəfindən “Shazam” musiqi əlavəsinin satın alınması barədə razılaşmanı araşdırmaq qərarına gəlib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının açıqlamasında bildirilir.

 

Avrokomissiya narahatdır ki, bu sövdələşmə istifadəçilərin musiqi xidməti seçimini məhdudlaşdıra bilər. Daha əvvəl quruma Avstriya, Fransa, İslandiya, İtaliya, Norveç, İspaniya və İsveçdən bu sövdələşməni qiymətləndirmək barədə müraciət daxil olub.

 

Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ-ın “Apple” korporasiyası “Shazam”ı satın alacağını təsdiqləyib. “App Store” istifadəyə verildikdən bəri “Shazam” iOS əməliyyat sistemləri üzrə reytinqlərin yuxarısında yer alır. “Shazam” mobil cihazlar və kompüterlərdə mahnıları tanıyan xidmətdir.  

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018