Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ötən rüb “Google” 27 milyard dollar qazanıb

“Alphabet” şirkəti bu ilin birinci rübünün fəaliyyətinin nəticələri barədə hesabatını açıqlayıb. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, şirkət bildirib ki, gəlirlərinin həcmi 31,1 milyard dollar təşkil edib. 

2017-ci ilin birinci rübündə şirkətin dövriyyəsi 24,7 milyard dollar olub ki, bu son bir ildə gəlirlərinin artımı 26 faiz təşkil edir. “Alphabet”in gəlirlərinin böyük hissəsi törəmə şirkəti olan “Google”un payına düşüb. Bu müddət ərzində şirkət 26,6 milyard dollar qazanc əldə edib ki, bu da daha əvvəlki illə müqayisədə 5,5 milyard dollar çoxdur. 

Digər bölmələr “Alphabet” 4,3 milyard dollar qazanc gətirib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 1 milyard dollar çoxdur. Rüb ərzində şirkətin gəlirləri 5,4 milyard dollardan 9,4 milyard dollara qədər artıb. 

“Alphabet” nümayəndələri bildiriblər ki, onlar birinci rübün fəaliyyətinin nəticələrindən razıdırlar. Əlavə ediblər ki, ötən il ərzində şirkətin ştatı 11 min əməkdaş artıb və hazırda 85 min nəfər təşkil edir. 

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018