Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Həftə ərzində QLONASS-ın 2 peyki sıradan çıxıb

Bir həftə ərzində Rusiyanın qlobal peyk naviqasiya sisteminin (QLONASS-M) ikinci peyki siqnal verməyi dayandırıb.

 

İKT.lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, 723 saylı kosmik aparat əlaqəyə çıxmır. Bundan əvvəl – aprelin 19-da isə 734 saylı aparat sıradan çıxmışdı. Hazırda orbitdə QLONASS-M sisteminin 22 ədəd peyki fəaliyyət göstərir. Qlobal əhatə üçün 24, Rusiya üçün isə 18 peyk tələb olunur.

 

Aprelin 19-da sıradan çıxmış peyki əvəz etmək üçün yayda yeni, 756 saylı peyk buraxılacağı açıqlanmışdı.

 

Bu sahəyə nəzarət edən baş nazirin müavini Dmitri Roqozin cari ildən etibarən QLONASS operatorunun dövlət maliyyələşdirilməsinin dayandırılacağını açıqlayıb. O bildirib ki, sistem artıq özü öz xərcini ödəyir.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018