Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsAppdan qadağa: 16 yaşı olmayanlar girməsin!

“WhatsApp” messenceri Avropa sakinləri üçün yeni yaş məhdudiyyəti tətbiq edəcək. 

İKT.lent.az-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, əgər əvvəllər tətbiqdən 13 yaşdan sonra istifadə etmək mümkün idisə, mayın 25-dən 16 yaşdan aşağı istifadəçilərin “WhatsApp”a girişi məhdudlaşdırılacaq. 

Növbəti bir neçə həftə ərzində istifadəçilər yeni xidmət şərtlərini və yenilənmiş məxfilik siyasətini qəbul edərkən yaşını da təsdiqləməli olacaqlar. Bununla belə, şirkətin istifadəçinin təqdim etdiyi yaş barədə məlumatları necə yoxlayacağı da sona qədər məlum deyil. 

Məlumatlara münasibətdə başqa siyasəti olan “Facebook”un digər bir siyasəti mövcuddur. Belə ki, sosial şəbəkə 13-15 yaşlı avropalı istifadəçilərlə bağlı tamamilə başqa siyasətdən istifadə edir. Sosial şəbəkə səhifədə valideyninini və ya tərbiyəçisinin adını yazmağı tələb edir, çünki məhz o, məlumat mübadiləsinə imkan verməlidir. Əks halda, gənc istifadəçilər sosial şəbəkədə öz səhifələrini tam görə bilməyəcəklər. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018