Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanı real zamanda izləmək mümkün olacaq

“EarthNow” şirkəti orbitdən dünyanın istənilən nöqtəsinin şəklini çəkmək və saniyələr ərzində onun videosunu təqdim etmək imkanına malik olacaq.

 

İKT.lent.az-ın Popmech.ru saytına istinadən xəbərinə görə, planetin hər yerində real zamanda nə baş verdiyini faktiki izləmək mümkün olacaq.

 

Şirkət nümayəndələrinin bildirdiyinə görə, vəsaitlər real zamanda Yer kürəsini müşahidə etmək üçün innovativ və unikal xidmət təminatı üzrə sistemin layihəsinin təkmilləşdirilməsinə yönəldilib.

 

Qreq Vaylerin “OneWeb” şirkəti artıq siqnalın ötürülməsi zamanı son dərəcə aşağı ləngiməyə malik peykləri kosmosa buraxıb. Onun hədəfi isə artıq 2020-ci ilə genişzolaqlı formatda peyklərin tam şəbəkəsinin yaradılmasıdır. “EarthNow” şirkəti “OneWeb”in texnologiyasının təkmilləşdirilmiş versiyasından istifadə edəcək.

 

Ekspertlərin qiymətləndirməsinə əsasən, sistemin ümumi dəyəri təxminən bir milyard dollar təşkil edəcək. Şirkətin əsas məqsədi öz xidmətlərini dövlətlərə və əyləncə xidmətləri sahəsində ixtisaslaşan şirkətlərə təqdim etməkdir.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018