Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin smartfon bazarı rekord həcmdə azalıb - TOP-5

“Counterpoint” analitik şirkətinin hesablamalarına əsasən, 2018-ci ilin birinci rübündə Çinin smartfon bazarı 2017-ci ilin birinci rübündəki göstəricilərlə müqayisədə 8 faiz azalıb. 
 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bu, illik nisbətdə rekord azalmadır. Daha əvvəlki rüblə müqayisədə isə azalma 21 faiz təşkil edib.

 

5 ən yaxşı brend bazarın 82 faizini tuturlar. Bazarın lideri “Huawei” şirkətidir. Onun payı bir il ərzində 19,6 faizdən 21,6 faizə artıb.

 

“Huawei”in ardınca müvafiq olaraq 17,6 və 15,5 faiz payla “Oppo” və “Vivo” şirkətləri gəlirlər. Bir il öncə “Oppo”nun bazar payı 17,4, “Vivo”nun bazar payı isə 17,0 faiz təşkil edirdi.
 
Dördüncü yer bir il ərzində payını 10 faizdən 14,3 faizədək yaxşılaşdıran “Apple” şirkətinə məxsusdur. İlk beşliyi isə 13,1 faiz payla “Xiaomi” qapayır. Bir il öncə “Xiaomi”yə bazarın 8,0 faizi məxsus idi. 
 
Qeyd edək ki, “Xiaomi” ən yüksək artım nümayiş etdirib və bu artım 51 faiz təşkil edib. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018