Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell” Frankofoniya konsertinə dəstək verib -

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə birlikdə Azərbaycan-Fransız Universiteti (UFAZ) təşkil etdiyi Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək göstərib.

 

İKT.lent.az-ın xəbərinə görə, konsertdə UFAZ-nın mühəndislik fakültələrinin tələbələri çıxış ediblər.

 

Tədbir zamanı tələbələrin teatr tamaşaları, piano və mahnı ifaları və həmçinin  çəkdikləri qısa videolar nümayiş etdirilib.

 

Qeyd edək ki, “Bakcell”in dəstəyi ilə keçirilmiş konsert Lycée Français de Bakou (UFAZ universitetinin xor ansamblı) və “ADO Theatre-Collective”in səhnə rejissoru Elza Furtadonun iştirakı ilə təşkil edilib.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir.

 

"Bakcell" şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018