Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung“dan rekord gəlir artımı

2018-ci ilin ilk rübündə “Samsung Electronics”in xalis gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə artaraq 11,69 trilyon vona (10,8 milyard dollar) çatıb.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkət ardıcıl dördüncü rübdür ki, öz rekordunu təzələyir.

 

Şirkətin gəliri hesabat dövründə 20% artaraq 56 milyard dollara, əməliyyat gəliri 1,6 dəfə artaraq 14,5 milyard dollara çatıb.

 

Şirkət gəlir yüksəlişini mikrosxem bölməsinin nail olduğu satış göstəricisi, eləcə də “Galaxy 9” smartfonlarının satışlarının artması ilə izah edir. Şirkət çip biznesinin növbəti rübdə də yüksələcəyini düşünür. Lakin digər bölmələrdən əldə olunacaq gəlirlərin bazar şərtləri və rəqabət üzündən azalacağı gözlənilir.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018