Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Amazon”dan Rusiya hökumətinə mənfi cavab

“Amazon” şirkəti “Telegram” messencerinə girişin məhdudlaşdırılması məsələsində Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar üzrə federal xidməti – “Roskomnadzor”la əməkdaşlıqdan imtina edib.

 

İKT.lent.az-ın “Meduza”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Roskomnadzor”dan bildirilib.

 

Dövlət orqanı bu məsələ barədə “Amazon” və “Google” ilə danışıqlar aparıb və onları bloklanmanı aşmaq üçün “Telegram”a IP ünvanları təqdim etməməyə çağırıb. “Roskomnadzor”un sədr müavini Vadim Subbotin “Google” ilə əməkdaşlığı konstruktiv adlandıraraq bu şirkətlə konkret dialoqun başladığını açıqlayıb. “Amazon”la təmaslar isə hələlik müsbət nəticə verməyib. Rusiyalı məmur bunun siyasi səbəblərlə əlaqəli ola biləcəyini söyləyərək fikrini dəqiqləşdirməyib.  

 

Qeyd edək ki, 13 ölkənin hüquq müdafiəçiləri “Telegram”ın bloklanmasını və Rusiyada internetə hücumları qınayıb. Onlar “Google”, “Amazon”, “Microsoft” və “Apple”a məktub yazaraq Rusiyanın bu siyasətinə mane olmağa çağırıblar.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018