Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ mobil rabitə bazarında böyük birləşmə!

ABŞ-ın üçüncü və dördüncü böyük mobil rabitə operatorları - “T-Mobile” və “Sprint” birləşmək barədə razılığa gəliblər.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Twitter”də “T-Mobile”ın icraçı direktoru Con Ledjer açıqlama verib. Birləşmiş şirkətə məhz o rəhbərlik edəcək.

 

“Elan etməkdən şadam ki, “T-Mobile” və “Sprint” şirkətləri birlikdə yeni şirkət yaratmaq barədə razılıq əldə ediblər. Bu, daha iri və güclü rəqib kimi bazara daxil olacaq, bütün amerikalı istehlakçılar və biznes üçün pozitiv dəyişikliklərin faktoruna çevriləcək”, - deyə C. Ledjer söyləyib. O qeyd edib ki, birləşmiş şirkət ABŞ tarixində ən böyük buraxıcılıq imkanlarına malik şəbəkə yaratmağı planlaşdırır. Bu məqsədlə minlərlə yeni əməkdaş cəlb olunacaq. Ümummilli şəbəkə 5G rabitənin təmin olunmasında ABŞ-ı lider mövqeyinə çıxaracaq.    

 

Birləşmə qərarından əvvəl “Sprint” bazarda 26 milyard dollar, “T-Mobile” isə 55 milyard dollar həcmində qiymətləndirilirdi. Birləşmiş şirkətin bazar dəyərinin isə 140 milyard dollar olacağı bildirilir.

 

Şirkətlər birləşmə barədə 2014-cü ildə də danışıqlar aparıblar. Lakin prezident Barak Obamanın mobil rabitə bazarının inhisarlaşdırılması səbəbi ilə şirkətlərə sanksiya tətbiq edəcəyi ehtimalı ilə əlaqədar birləşmədən vaz keçiblər.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018