Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Meral Akşener “Wikipedia”nı açacağını vəd etdi

Türkiyə prezidentliyinə namizəd, İyi Parti lideri Meral Akşener “Wikipedia” internet ensiklopediyasının ölkə ərazisində açılacağını vəd edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə partiya adından “Twitter”də verilən elanda bildirilir. Elanda aşağıdakı sözlər yer alıb: “25 iyunda “Wikipedia”nın açılışına bütün xalqımız dəvətlidir. İlk toplantıda yetərsay əldə olunmazsa, ikinci toplantı iyulun 9-da olacaq”.

 

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri iyunun 24-də keçiriləcək. İlk turda hər hansı namizəd 50%-dən artıq səs toplamasa, ikinci tur iyulun 9-da olacaq.  

 

Bir il əvvəl, aprelin 29-da Türkiyədə “Wikipedia” bloklanıb. Rəsmi orqanlar buna səbəb kimi terrora dəstək verən kontentlərə yer verilməsini və Türkiyənin İŞİD-lə əməkdaşlıq edən ölkə kimi göstərilməsini qeyd ediblər.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018