Bu bölmə Bakcell tərəfindən təqdim olunur

BƏƏ-də “Skype” ilə zənglərə qadağa götürüləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti “Skype” və “FaceTime” ilə ödənişsiz zənglərə məhdudiyyətin arasan qaldırılması ilə bağlı danışıqlar aparır.

İKT.lent.az-ın “Arabian Business” nəşrinə istinadən məlumatına görə, video rabitə üçün ödənişsiz tətbiqlərin bloklanması ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya provayderləri istifadəçilərə özlərinin ödənişli tətbiqlərini təklif edirlər. 

Ancaq “Microsoft” korporasiyası BƏƏ-də bir neçə məlumat emalı mərkəzləri yaradaraq işə salıb ki, onlar da bütün Yaxın Şərqi əhatə edir.  

Hazırda ölkə hökuməti “Microsoft” və “Apple” ilə bu məsələ ilə bağlı danışıqlar aparırlar. 

Bundan öncə isə bildirilib ki, Səudiyyə Ərəbistanı hökuməti “WhatsApp” və “Skype” messencerləri ilə səsli zənglərə məhdudiyyəti aradan qaldıracaq. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018