Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Tesla"nın dəqiqədə nə qədər pul itirdiyi açıqlandı

Məşhur yenilikçi iş adamı Elon Maskın elektromobil istehsal edən “Tesla” şirkətinin işləri heç cür qaydasına düşmür.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, şirkət 1 dəqiqədə 6,5 min dollar itirir. Belə davam edərsə, cari ildə 15 yaşlı şirkətin maliyyəsi sıfır səviyyəsinə enə bilər.

 

“Bloomberg”in müvafiq xəbərində online-hesablayıcı da qoyulub. Orada oxucunun xəbərlə tanış olduğu müddətdə Tesla”nın nə qədər pul “yandırdığı” göstərilir.

 

Şirkət 2017-ci ili 9,4 milyard dolar borc və 3,4 milyard nəğd vəsaitlə başa vurub. Ardıcıl 5 rübü şirkət itki ilə yekunlaşdırıb. Analitiklər “Tesla”nın yenidən borclanacağını gözləyir.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018