Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bill Geyts prezidentin müşaviri olmaqdan imtina etdi

“Microsoft”un yaradıcısı Bill Geyts prezident Donald Trampın elm üzrə müşaviri olmaqdan imtina edib.

 

İKT.lent.az-ın “Statnews”a istinadən verdiyi xəbərə görə, B. Geyts qrip virusuna qarşı peyvənd hazırlanması ilə əlaqədar prezident Trampla görüşüb. B. Geyts görüşdə deyib ki, prezidentə elm məsələləri üzrə müşavir lazımdır. Tramp isə bu vəzifəni ona təklif edib. Lakin “Microsoft”un yaradıcısı təklifi qəbul etməyib. “Bu, mənim yaşımda biri üçün faydalı olmaz”, - deyə Geyts söyləyib.   

 

Qeyd edək ki, B. Geyts adi inəkdən 4 dəfə artıq süd verəcək “ideal inək” yaradılması üçün GALVmed qeyri-kommersiya təşkilatının layihəsinə 40 milyon dollardan çox vəsait yatırıb.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018