Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İran da “Telegram”ı bağladı

İranda ən məşhur sosial şəbəkə olan “Telegram”ın fəaliyyəti məhdudlaşdırılıb.

İKT.lent.az-ın “Anadolu” agentliyinə istinadən xəbərə görə, İran Kiber Dünya Ali Şurasının təlimatı ilə “Telegram”ın “məzmun çatdırılma şəbəkəsi”nin (CDN) fəaliyyəti dayandırılıb.
 
Hazırda sosial şəbəkənin fəaliyyəti məhdudiyyətlərlə davam edir. Təlimat tam icra edildikdən sonra məlumat mübadiləsi tamamilə mümkünsüz olacaq.
 
İran prezidenti Həsən Ruhaninin müşaviri Hüsaməddin Aşina “Tvitter”dəki hesabında bildirib ki, “Telegram” verdiyi sözlərə əməl etmədiyi üçün bu addım atılıb.
 
Xatırladaq ki, ötən həftə İranda dövlət qurumlarında “Telegram”ın istifadəsinə qadağa qoyulub. Bu qərardan sonra 1 həftə ərzində 12 milyon iranlı istifadəçi “Soroush” başda olmaqla yerli sosial şəbəkələrə üzv olub.
 
Aprelin 16-da Rusiya ərazisində də “Teleqram”ın fəaliyyəti dayandırılıb.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018