Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Facebook"dan mühüm həmlə: Tanışlıq saytlarının bazarı öldü

“Facebook” online tanışlıq bazarına daxil olmaq və tənha insanlar üçün nəzərdə tutulan xidmət yaratmaq niyyətindədir.

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu şirkətin rəhbəri Mark Zukerberq proqramçılar üçün təşkil olunan F8 konfransında elan edib.

 

M. Zukerberq bildirib ki, “Facebook”da özünü tənha sayan 200 milyon insan var və onlar üçün nəsə etmək lazımdır. O deyib ki, insanlar üçün ünsiyyət platforması yaradan bir şirkət üçün tanışlıq xidmətinin təşkili təbii sayılmalıdır. M. Zukerberq qeyd edib ki, yeni xidmət ciddi münasibətlər qurmaq istəyən insanlar üçün nəzərdə tutulub və yaxın vaxtlarda əlçatan olacaq  

 

“Facebook” rəhbərinin bəyanatından sonra online tanışlıq bazarının böyük oyunçularının səhmləri ciddi dəyər itirib. Tanışlıq üçün online xidmətlər və proqram əlavələrinin, o cümlədən “Tinder”in məxsus olduğu “Match Group Inc”in səhmlərinin dəyəri 23% azalaraq 47,2 dollardan 36,7 dollara düşüb. “JDate” və “ChristianMingle” xidmətlərinin sahibi “Sparks Networks” şirkətinin səhmləri 7,3% ucuzlaşıb.

”Atlantic Equities” analitiki Ceyms Kordell bildirib ki, tanışlıq xidmətinin açılması istifadəçilərin “Facebook”da daha çox vaxt keçirməsinə səbəb olacaq və rəqiblər üçün problem yaradacaq. Bundan başqa, M. Zukerberq “Facebook”da qrup yaradıcıları üçün imkanların genişləndiriləcəyini də açıqlayıb.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018