Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone” satışı azaldı, “Apple”ın gəliri isə artdı - HESABAT

“Apple” korporasiyası bu ilin ilk rübünün maliyyə hesabatını açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, 2018-ci ilin yanvar-mart aylarında “iPhone” satışları 2017-ci ilin son 3 ayı ilə müqayisədə 32,5% azalıb.

 

Belə ki, ötən ilin oktyabr-dekabr aylarında dünyada 77,3 milyon ədəd “iPhone” satıldığı halda, bu ilin ilk 3 ayında satışlar 52,2 milyon ədəd təşkil edib. Eyni dövrdə gəlirlər də 2017-ci ilin son 3 ayı ilə müqayisədə 38,3% azalaraq 38 milyard dollar olub. Halbuki 2017-ci ilin son rübündə bu rəqəm 61,6 milyard dollar idi.  

 

“iPhone” satışlarının azalmasına baxmayaraq, 2018-ci ilin ilk rübündə korporasiyanın gəlirləri ötən ilin eyni dövrü (52,9 milyard $) ilə müqayisədə 15,5% artaraq 61,1 milyard dollar təşkil edib. Şirkətin yanvar-mart dönəmində xalis mənfəəti də keçən ilin eyni dövrünə (11 milyard $) nisbətən 25,5% artaraq 13,8 milyard dollar olub.  

 

Bundan başqa, “Apple” birjadakı səhmlərinin 100 milyard dollarlıq qismini geri alacağını da açıqlayıb.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018