Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram” və “WhatsApp”da qrup videozəngləri yaradılacaq

“Facebook”un yaradıcısı Mark Zukerberq “İnstagram” sosial şəbəkəsi və “WhatsApp” messencerində qrup video zənglərinin işə salındığını elan edib. 

İKT.lent.az-ın “The Next Web” portalına istinadən məlumatına görə, artıq sınaq qrupuna daxil edilmiş “İnstagram” istifadəçilərinin bir hissəsi video zənglər həyata keçirə bilir. Digər istifadəçilər üçün bu funksiyanın bir neçə həftə ərzində istifadə edə biləcəyi mümkün olacaq.

 

İlkin məlumata görə, qrup video zənglərində 4 nəfərə qədər adam iştirak edə bilər. Zukerberqin sözlərinə görə, istifadəçilər “WhatsApp” messencerində şəxsi zənglər üçün 2 milyarda yaxın dəqiqə sərf ediblər. Elə bu səbəbdən qrup video zəngləri funksiyasının həyata keçirilməsi qərarı qəbul edilib. 

Bundan başqa, “İnstagram”da “GoPro” inteqrasiyasını yaradılıb. Onun vasitəsilə sadəcə olaraq tətbiqdə çarxı seçərək redaktə edib “İnstagram” “Histories”lərdə bölüşmək mümkün olacaq. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018