Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Cümhuriyyətin 100 illiyi münasibətilə “Bakcell”dən ikiqat internet

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti dövlət səviyyəsində qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə öz abunəçiləri üçün inanılmaz hədiyyə kampaniyası elan edib.

 

Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, ən böyük milli şirkətlərdən biri olan "Bakcell" Azərbaycan vətəndaşlarına, ölkənin tarixi və adət-ənənələrinə yüksək dəyər verən və eyni zamanda müasir mobil rabitə istifadəçilərin ehtiyac və tələblərini anlayan innovativ telekommunikasiya operatoru kimi, sərfəli qiymətə yüksək keyfiyyətli həllər təklif edir.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə "Bakcell" özünün CİN və Klass abunəçilərinə 1-31 may 2018-ci il tarixlərində davam edəcək kampaniya çərçivəsində əlavə pul ödəmədən 100% daha çox internet  təklif edir.

 

Beləliklə, xüsusi kampaniyanın şərtlərinə əsasən, may ayı ərzində 1GB və daha böyük həcmli internet paketini əldə edən hər bir abunəçi istifadə müddəti bir ay olan ikiqat internet trafiki əldə edəcək. Bu misilsiz kampaniya sayəsində "Bakcell" abunəçiləri 20 GB-dək pulsuz interneti hədiyyə şəklində ala biləcəklər.

 

Bu təklifdən yararlanmaq üçün abunəçilər kampaniyada iştirak edən internet paketlərindən (1GB, 1.5GB, 3GB, 5GB, 10GB və ya 20GB) birini əldə etməlidir.

 

Qeyd edək ki, bütün İnternet paketləri istifadə müddətləri bitəndən sonra balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir. İnternet paketlərdə təqdim edilən trafik bitəndən sonra, “yüksək sürət” xidməti aktivləşir.

 

Kampaniya barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/double_internet_as_a_100th_anniversary_treat səhifəsində tanış ola bilərsiniz.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018